Zelenski razılaşdı: Zalujnı bu ölkəyə səfir göndərilir

Ukrayna Prezidenti Vladimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi ilə razılaşıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2024-cü il martın 7-də, cümə axşamı Ukrayna Prezidenti Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyinə razılaşıb. Ukrayna Xarici İşlər Nazirliyi Britaniyaya agreman üçün müvafiq sorğu göndərib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Zalujnı ordunun baş komandanı vəzifəsindən 8 fevralda azad edilmişdi.

Share on Facebook