Zelenski Mustafa Cəmilova Ukrayna Qəhrəmanı adı verdi - Fotolar

Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatar xalqının lideri Mustafa Cəmilovu (Qırımoğlu) təltif edib.

Sozcu.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesabında yazıb.

O, "Ukrayna Qəhrəmanı" adına layiq görülüb “Güclü, layiqli, cəsur insan. Millətlərin azadlığını müdafiə etməyə həsr olunmuş bir həyat”, - Zelenski yazıb.

Ukrayna Prezidenti Mustafa Cəmilovu 80 illik yubileyi münasibətilə təbrik edib, Ukraynanın və Krım tatar xalqının azadlığını qoruduğuna görə ona təşəkkür edib. 

"Ömrümün sonuna çox yaxınam, amma bu yer üzündə daha bir arzum var - vətənimə qayıdıb öz torpağımda dəfn olunmaq", - Krım Tatar lideri mükafatı alarkən deyib.

Mustafa Cəmilov Krım tatar milli hərəkatının lideri, Krım tatar xalqı Məclisinin sədri ( 1991-2013-cü illərdə), Ali Radanın deputatıdır. Siyasi baxışlarına görə o, 15 ildən çox SSRİ həbsxanalarında və düşərgələrində yatıb, buna etiraz olaraq 303 gün aclıq aksiyası keçirib.

b5ec2f933459663e08f33e2a842652a8.jpeg

ed441126bd08bd7a68491737ceeacbbf.jpeg

Share on Facebook