Ukrayna Prezidenti Vladimir Zelenski İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib. Onların arasında repressiyaya məruz qalan Krım tatarları da var.
Sozcu.az xəbər verir ki, bu barədə Vladimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı açıqlama verib.
“Bu gün mən Rusiya tərəfindən repressiyaya məruz qalan və ən ağır şəraitdə həbsxana və düşərgələrdə saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının siyahısını verdim”, - Zelenski bildirib.
Prezident vurğulayıb ki, hər kəsi, istər mülki, istərsə də öz xalqını müdafiə edərkən əsir düşənləri azad etməliyik.