“Ərdoğan başa düşməlidir ki, Rusiya ilə danışıqlar üçün təkcə Türkiyə kifayət deyil”.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Türkiyə məhbuslarla bağlı məsələdə bizə kömək etdi. Bu, bir faktdır. Onlar vasitəçi olmaq istəyirlər. Amma prezident Ərdoğan bilməlidir ki, təkcə Türkiyə vasitəçi kimi kifayət deyil. Bizim üçün sülh sammitinin formatı daha yaxşıdır. Mən Türkiyənin təkbaşına Putinin siyasətini sıxışdıra biləcəyini düşünmürəm”, – Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Türkiyə vasitəçilik missiyasını yerinə yetirəcək ölkələrin siyahısında yer alacaq.
“Bu gün bizim planlaşdırdığımız format çox mürəkkəbdir. Çünki müxtəlif ölkələri bir araya gətirməliyik. Hamısını toplamalı, format tapmalı və necə davam etməyin yollarını müzakirə etməliyik. İnanıram ki, bu ölkələr Rusiyanı sülhə məcbur edə bilər”, – deyə Zelenski vurğulayıb.