Zelenski Baydenə müraciət etdi: Bu, sizdən asılıdır!

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydeni Ukraynanı NATO-ya elə indi dəvət etməyə çağırıb.

Sozcu.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində deyib.

“Ukraynanın NATO-ya daxil olub-olmaması ilə bağlı qərar Baydendən asılıdır və Kiyevin bu siqnalı alması çox vacibdir. Bayden bizim NATO-dakı gələcəyimizi dəstəkləyir. Amma indi NATO-ya dəvət Ukrayna əsgərləri üçün böyük stimul olardı”, - o bildirib.

Share on Facebook