Zabratda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq etdi

Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib.

Sozcu.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Share on Facebook