Yunan baş nazir də Kremlə meydan oxudu

Avropa Birliyi o qədər qətiyyət nümayiş etdirib ki, düşmənlərini təəccübləndirib.

Sozcu.az xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Avropa Xalq Partiyasının Buxarestdə keçirilən konfransında deyib.

“Avropa üçün bu qaranlıq vaxtda, müharibə qitəmizə qayıtdıqda, biz Ukraynaya görünməmiş qətiyyətimizi və sarsılmaz dəstəyimizi göstərdik, bəzi düşmənlərimizi təəccübləndirdik və birlik nümayiş etdirdik. AB əvvəllər heç vaxt təhdidlərə bu cür reaksiya verməyib”, - baş nazir bildirib.

Miçotakis əlavə edib ki, bizim Kremlə yalnız bir mesajımız olmalıdır:

“Siz bizi qorxuda bilməzsiniz, biz lazım olduğu qədər Ukraynanı və onun vətəndaşlarını dəstəkləməyə davam edəcəyik. Və təbii ki, qərarımızda tam yekdil qalacağıq”.

Yunanıstanın baş nazirinin Odessa səfərinin ertəsi günü belə bir bəyanatla çıxış etməsi diqqət çəkib.

Share on Facebook