Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olunub.
Sozcu.az-ın məlumatına görə, U.Tağıyeva bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi idi.
O, aprelin 3-ü 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis, 1993-2001-ci illərdə Hidrometeorologiya Xidmətində şöbə rəisi, 2001-2015 - ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə ETSN-nin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib. 03.04.2020-ci il tarixdən bu günədək Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində çalışıb.
22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adı, 22 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Ailəlidir, 1 övladı var.