Yeni müharibə təhlükəsi var - Erməni nazir müavini

Rəsmi Bakı hələ ki, sülh müqaviləsi üzrə Ermənistan tərəfinin təkliflərinə cavab verməyib.

Sozcu.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan deyib.

O bildirib ki, sülh sazişi ilə bağlı son təkliflərinə hələlik cavab almayıblar.

Ovannisyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə əlaqədar müharibə təhlükəsinin mümkün olub-olmadığına bu cür cavab verib:

“Bəli, təbii ki, baş nazir də bunu dedi”.

Share on Facebook