Yavan çörəklə imtahana çəkilənlər...

Zəngin ölkənin yoxslluqda üzülənləri...

Yavan çörəklə imtahana çəkilənlər...

Birbaşa mətləbə keçirəm. Şair-jurnalist olaraq düşünürəm ki, illərdir üzləşdiyim bir çox ədalətsizliyə, qarşılaşdığım haqsızlığa görə ana VƏTƏNi tərk etmək zamanı çatıb.

Səbr kasası dolub daşır daha... 

Azərbaycan adlı məmləkətin nəfiskar məmurları düzələn deyil heç vaxt...

Çünki var-dövlət, milyonlar, milyardlar  yığmaqdan ac gözləri doymur...

Nə vaxtadək zəngin neft-qaz ölkəsində sürünərək məşəqqət içində yaşamalıyıq?

Biz kirayə daxmalarda çərləyib çürüyürük, məmurlar, vəzifəli şəxslər isə bər-bəzəkli villada lüks, komfortlu həyat yaşayırlar. 

Vətəndaş kimi, şair-jurnalist kimi, ziyalı xanım kimi Azərbaycanın vəzifəli şəxslərindən, məmurlarından o qədər ədalətsizlik, o qədər haqsızlıq görürəm ki...

Bu ədalətsizliyə, bu haqsızlığa etiraz olaraq qəti qərara gəlmişəm ki, ana dediyim, əziz bildiyim, çox sevdiyim doğma VƏTƏNimi tezliklə tərk edib Avropaya köçüm.

Məncə çıxış yolu ancaq budur. Çünki korrupsioner, oliqarx məmurlarnan mübarizə aparmaq qətiyən mümkün olmur.

Neynəyim axı, çox-çox əlacsız, çıxılmaz bir vəziyyətdəyəm. Məmurlarınsa vecinə deyil.

Bir çox məmurlar, vəzifəli şəxslər neçə ildir ki, korrupsiya içində üzür. Kasıb, yoxsul XALQın sosial-iqtisadi durumu isə çox dəhşətli dərəcədə acınacaqlı gündədir. Xalq yoxsulluq girdabında əzab-əziyyət çəkir. 

Pul-para, sərvət toplamaqdan gözü heç vaxt doymur bu nəfsiiti, pulpərəst məmurların...

Xalq da ac-yalavac, səfalət içində, dilənçi günündə sürünə-sürünə ömür sürür...

Zavallı XALQ. Niyə axı bu günlərə düşdün?

Ağlamalı gününə ağlaya bilməyən XALQ...

Dözülməz həyatını sakitcə seyr edən XALQ.

Hüququ pozulanda, haqqı əziləndə susan Xalq. 

Acı reallıq...

Daha nə deyək ki... 

Sözün bitdiyi andı.

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Share on Facebook