Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Sozcu.az-ın məlumatına görə, maşında 11 nəfər sərnişin olub. Yaralı hərbçilərdən ikisi Xankəndi şəhərindəki xəstəxanaya, digərləri Bərdə rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.