Dünən axşam saatlarından müşahidə olunan yağmurlu hava şəraiti iyulun 18-i günorta saatlarına qədər davam edəcək.
Bu sözləri Sozcu.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Sabah günortadan sonra yağıntılar tədricən dayanacaq. Havanın temperaturu bu günlərlə müqayisədə yüksələcək”, - Məmmədova bildirib.