Xaçmazda fəhlələri daşıyan avtomobil qəzaya düşdü

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub.

Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva , 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların rayonda yerləşən bağlardan birində fəhlə kimi işləməyə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook