Xaçmazda 28 yaşlı oğlanın meyiti ağacdan asılı vəziyyətdə aşkarlanıb

Xaçmazda 28 yaşlı oğlanın meyiti tapılıb.

Sozcu.az xəbər verir ki, Mirzəmməd kənd sakini, 1995-ci il təvəllüdlü Dövlət Xankişiyevin meyiti torpaq sahəsinin daxilində ağacdan asılı vəziyyətdə aşkar edilib.

Onun intihar etdiyi ehtimal edilir.

Araşdırma aparılır.

Share on Facebook