Rusiyada keçirilən saxta prezident seçkisinin legitimliyi yoxdur və diktator Vladimir Putin Haaqa mühakimə kürsüsünə getməlidir.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bu günlərdə Rusiya diktatoru növbəti seçkini simulyasiya edir. Hamı başa düşür ki, bu şəxs sadəcə olaraq hakimiyyət xəstəliyinə tutulub və ömürlük hökm sürmək üçün hər şeyi edir. Şəxsi hakimiyyətini uzatmaq üçün etməyəcəyi pislik yoxdur", - o bildirib.