Vardanyan yenə Xocalı və Xocavəndin erməni nəzarətindəki kəndlərini gəzdi...-FOTOLAR

9-cu aydır ki,  Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın nəzarətində qalan hissəsində qanunsuz ictimai-siyasi və iqtisadi-sosial fəlaiyyətini davam etdirən, separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan Xocalı rayonunun  hələ də işğal altında qalan Dağyurd, Naxçıvanlı, Pircamal, Ağbulaq kəndləri və Xocavənd rayonunun işğal altındakı Çartar kəndində məskunlaşdırılmış ermənilərlə  görüşlər keçirib.

Sozcu.az xəbər verir ki,  Ermənistanın “Aysor” nəşrinin yaydığı məlumata görə, Putinin milyarder “desant”ı  “görülən işlərdən danışıb, son aylar “Artsax”ın gələcəyi ilə bağlı qondarma “Artsax-2035”  baxışı və s. haqda çərənləyib.

R.Vardanyan "həmçinin Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” hərəkatının məqsədlərindən danışaraq, “onun mühüm birləşdirici rol oynamalı olduğunu qeyd edib: "Əminəm ki, gücümüzü birləsdirsək, vəziyyəti kökündən öz xeyrimizə dəyişə biləcəyik. Bu bir günün məsələsi deyil, qarşıda hələ çox  uzun yol var, amma əminəm ki, biz hər şeyin öhdəsindən gələcəyik..."

O, vurğulayıb ki, "ümumi məqsəd yenə də 35 il öncəki kimidir", yəni Moskvanın himayəsi altında Azərbaycan əleyhinə separatçılıq, terrorçuluq və işğalçılıq hərəkətlərini davam etdirməkdir...(moderator)

777f7fb88d5541631f8e891656020243.jpg

462f59be3cedc822835aa4b8e8e23717.jpg

Share on Facebook