Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan və sabiq “dövlət naziri” Ruben Vardanyan arasında münasibətlər gərginləşməkdədir.
Sozcu.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə R. Vardanyan videomüraciətində bildirib.
“Siz ancaq pulun və vəzifənin hər şeyi idarə edə biləcəyinə inanırsınız. Araik, yanılırsınız. Həftənin əvvəlində istefa verəcəyinizi deyirdiniz. Deyirdiniz ki, artıq qərarınızı vermisiniz deyə, sizi istefaya inandırmağa ehtiyac yoxdur.
Başqalarına isə təzyiq altında olduğunuzu və vəzifədən getmək istəmədiyinizi dediniz. Siz hər dəfə fərqli insanlara fərqli şeylər deyirsiniz və bu qəbuledilməzdir. Siz bizim bir yumruqda birləşməyimizi istəmirsiniz. Siz “dövlət qurumları”nı məhv edirsiniz. Son 30 ildə fərqli insanların qurduğu “dövləti” məhv edirsiniz. Sizin bunu etməyə haqqınız yoxdur. Etdiklərinizə görə “Artsax xalqına” cavab verməli olacaqsınız. Mən onların yanında dayanacağam!”