“Xarı Bülbül ŞuŞa” və “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli voleybolçuları prezident İlham Əliyevə videomüraciət ediblər.
Azərbaycan idmanı tarixində ilk dəfə Şuşanı Avrokuboklarda təmsil edən və Avropa arenasında mərhələ adlayan “Xarı Bülbül Şuşa” və Azərbaycan milli komandası üçün ehtiyyat qüvvə yetişdirmək məqsədi ilə qurulan “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli oyunçuları, texniki heyət üzvləri komandanın düşdüyü çətin durumdan qurtulmaq üçün ölkə başçısı, Ali Baş Komandan, cənab İlham Əliyevə videomüraciət ünvanlamışdır.
Azərbaycanı, Bakını, buranın mədəniyyətini, tarixini, insanlarını və onlara olan münasibəti çox sevdiklərini söyləyən heyət üzvləri bizim üçün dəyərli olan simvolların adını daşıyan bu möhtəşəm layihənin daha da yüksəklərə ucalması üçün ölkə rəhbərliyinin dəstəyinə ehtiyacı olduğunu bildirmiş və gələcəklərini Azərbaycanla bağlamaqdan qürur duyduqlarını söyləmişdir.
Sozcu.az sözügedən videomüraciəti sizlərə təqdim edir: