Urmunun yeni meri seçildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinə yeni meri seçilib.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Aydın Rəhmani Rzaiyyə, Şəhər Şurasının keçirilən açıq iclasında səsvermə yolu ilə yeni vəzifəyə təyin olunub.

Məlumata görə, səsvermə zamanı 10 səs onun lehinə, 1 səs isə tərəfsiz olub.

Onun rəqibi Rza Cavankiya səsvermədən öncə namizədliyini geri götürüb.

Yeni mer bundan əvvəl Qərbi Azərbaycan valiliyinində müavin, yol və nəqliyyatı nazirinin müavini və Qərbi Azərbaycan Qılıncoynatma Heyətinin rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, Urmunun miliyyətcə kürd olan meri Hüseyn Mehdizadə yanvarın 21-də istefa məktubunu Şəhər Şurasına göndərmişdi.

Share on Facebook