Urmiya şəhərinin bəzi xəstəxanaları danq qızdırmasına yoluxanları qəbul etməkdən imtina edir.
Sozcu.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.
Bildirilib ki, xəstəliyə yoluxanların vəziyyətinin ağır olmasına baxmayaraq, onların qəbulu və müalicəsinə icazə verilmir.
Bunun səbəbləri barədə məlumat verilməyib.
Qeyd edək ki, son günlər İranda danq qızdırmasına yoluxma halları artıb. Yoluxma nəticəsində bir neçə nəfər həyatını itirib.