"Ukraynaya yardım davam edəcək və bizi heç kim yalnız buraxmayacaq" - Zelenski

"Dünyada başqa faciələr də var və Rusiya Ukraynaya yardımın bölünəcəyinə bel bağlayır..."

Zelenski Qərbin Ukraynaya dəstəyinin azalma riskini etiraf edib

Zelenski əmin edib ki, tərəfdaşlar vəziyyətin ciddiliyini anlayır, lakin onlar, o cümlədən ABŞ əmin edir ki, Rusiya ilə mübarizədə Ukraynaya dəstək davam etdiriləcək

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, hazırda Ukraynaya Qərb yardımının azalma riskləri mövcuddur. Lakin o, bunun baş verməyəcəyini əmin edən tərəfdaşlarına inanır.

Sozcu.az xəbər verir ki, bu barədə o, Belçikanın baş naziri Aleksandro De Kroo ilə birgə mətbuat konfransında bəyan edib.

"Dəstəyin azalmasından əndişələnirəm? Belə risklər var, lakin tərəfdaşlarımız Ukraynanın prioritetləri bilir və bunun üzərində işləyir. Biz İsraildə gərgin vəziyyət və onun təsiri ilə bağlı məsələni müzakirə etmişik.

Əlbəttə, tərəfdaşlarımız əmin edir ki, Ukrayna onsuz da yardım alacaq və heç kim Ukraynanı yalqız buraxmayacaq. Biz tərəfdaşlarımıza inanırıq", - o, deyib.

Dövlət başçısı əlavə edib ki, çətinliklərin artması, əlbəttə ki, tərəfdaşlarımızın diqqətinin istiqamətini bir qədər dəyişməyə məcbur edəcək, bu da, onun fikrincə, tamamilə aydındır. Zelenski hesab edir ki, bununla əlaqədar olaraq hazırda vəziyyət təhlükəlidir.

"Hamı əndişəlidir, o cümlədən ona görə ki, dünyada başqa faciələr də var. Çünki tərəfdaşların təklif edə biləcəyi yardımın həcmi sabitdir. Düşünürəm ki, Rusiya,həm də təkcə Rusiya deyil, buna, yardımın bölünəcəyinə bel bağlayır", - Zelenski hesab edir.

Eyni zamanda, o, dəqiləşdirib ki, tərəfdaşlar, o cümlədən ABŞ əmin edib ki, Ukraynaya dəstək hələlik azalmayacaq.

Ukraynaya Qərb tədarükü məsələsi

Xəbər verildiyi kimi, bundan öncə Pentaqon rəhbəri Lloyd Ostin Zelenskini Ukrayna Silahlı Qüvvələrinə fasiləsiz silah təsarükünə əmin edib.

ABŞ müdafiə naziri vurğulayıb ki, onun ölkəsi zəruri resurslara və imkanlara malikdir və diqqətini Ukraynaya yönəltməkdə davam edəcək.

Ağ ev bütün tərəfdaşlarına-həm İsrailə, həm Ukraynaya, həm də Asiya-Sakit okean regionundakı tərəfdaşlarına yardım göstərilməsini vəd edib. 

Bu bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan çıxış edib.

Share on Facebook