Ukraynanın zərbələri Rusiyada panikaya səbəb oldu

Ukrayna Silahlı Qüvvələrinin rus qoşunlarının arxa cəbhəsinə endirdiyi zərbələr Rusiyanın informasiya məkanında narazılıq və narahatlıq yaradır.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitunun hesabatında qeyd olunub.

“Ukrayna ordusunun zərbələri Rusiyada hərbi komandanlığın tənqidinə səbəb olur. Bu cür hücumlar Ukraynadakı rus qoşunlarının əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə pisləşdirir və bu, rusların müdafiəsinin ümumi sabitliyinə təhlükə yarada bilər”, - hesabatda bildirilib.

Share on Facebook