Ukraynanı dəstəkləməyə davam edəcəyik - Kansler

Almaniya büdcə çətinliklərinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcək.

Sozcu.az xəbər verir ki, bunu Sosial Demokrat Partiyasının regional qurultayında Almaniya kansleri Olaf Şolz deyib.

O bəyan edib ki, Almaniya hakimiyyəti müharibənin iqtisadi nəticələrini yüngülləşdirmək və ölkədə harmoniyanı qorumaq üçün hər şeyi edəcək.

Kanslerin sözlərinə görə, hökumət Almaniyada sənayenin modernləşdirilməsi layihəsinə dəstək verəcək.

Share on Facebook