Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkədə ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya dərc olunub.
Müvafiq petisiya dövlət başçısının saytında yerləşdirilib.
“ABŞ-nin nüvə silahını Ukrayna ərazisinə yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, - deyə təşəbbüs müəllifi təklif edib.
Hazırda petisiyanı 100 nəfər dəstəkləyib. Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır.
Mənbə: Ura.ru