Rusiya təbliğatçılarının iddialarının əksinə olaraq, Ukrayna inadla Baxmut uğrunda mübarizə aparır.
Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Baxmut ukraynalılar üçün böyük əhəmiyyət kəsb edir və buna hörmət edirik, anlayırıq. Ukrayna ordusunun Baxmutdan geri çəkilməsi belə, strateji baxımdan döyüşün dinamikasını dəyişməyəcək”, - deyə o bildirib.