Ukrayna yalnız bir kiçik döyüşdə Rusiyanın 3 "Qrad"ını məhv etdi...-RƏSMİ-FOTO

Donetsk vilayətinin Baxmut şəhəri ərazisində Ukrayna əsgərləri rus işğalçılarının üç "BM-21"-"Qrad" reaktiv yaylım atəş sistemini məhv ediblər. "Qrad"lar düşmən xəttinin arxasında yerləşib, onların koordinatları xüsusi kəşfiyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri bölmələrindən birinin operatorları tərəfindən aşkar edilib.

Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna  Xüsusi Əməliyyat Qüvvələri öz telegram-kanalında bildirib.

"Koordinatlar tez bir zamanda Müdafiə Qüvvələrindəki silahdaşlara təhvil verilib. Bütün texnika və canlı qüvvə artilleriyamızın "ləzzətli" atışları ilə məhv edilib", - məlumatda belə deyilir.

Qeyd etmək lazımdır ki, ruslar "Qrad"lardan Ukraynanın dinc yaşayış məntəqələrinə dəfələrlə zərbələr endirib, buna görə də itkilər və çoxlu dağıntılar olub. "Qrad" mərmiləri 40 km-dən çox məsafəni qət edə bilir...

Share on Facebook