"USQ öz döyüş qardaşları ilə birlikdə bizi Qələbəyə yaxınlaşdırmaqda davam edir..."
Mayın 19-na keçən gecə rusiyalılar tərəfindən işğal edilmiş Sevastopolda Rusiyanın Qara dəniz Donanmasının "Kovrovets" 266-M minaatan gəmisi batırılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Hərbi-Dəniz Qüvvələri rəsmi məlumat verib. Məlumatı "nashaniva.com" nəşri yayıb.
"USQ Hərbi-Dəniz Qüvvələri öz döyüş qardaşları ilə birlikdə bizi Qələbəyə yaxınlaşdırmaqda davam edir", - məlumatda deyilir.
Sevastopol sakinləri gecə "İnjenernaya buxta" rayonunda ciddi partlayışlar barədə yazıb.
O zaman rusiyalıların hərbi gəmisinə hücum və nəticədə partlayış və güclü tüstülənmə barədə şayiələr dolaşıb.
"Kovrovets" 266-M layihəli minaatan gəmidir. Onun başlıca vəzifəsi dəniz minalarının axtarışı və məhv edilməsidir. Bu, 61 metrlik gəmidir və aşağıdakı xüsusiyyətlərə malikdir:
- tam hərəkət sürəti 30 km/saatdır;
- üzmə məsafəsi 1500 mildir;
- avtonom üzmə 10 sutkadır;
- ekipajı 68 nəfər (6 zabit, 8 miçman olmaqla);
- su tutarı: standart 745 ton, tam 800 tondur.
Rusiyalı mənbələrə görə, gəminin göyərtəsində aşağıdakı silahlar yerləşdirilib:
- "Strela-2" 9K32 zenit-raket kompleksi üçün iki buraxılış qurğusu;
- 30 mm AK-23 topu üçün iki qurğu;
- 25 mm 2M-3M topu;
- "Uraqan" reaktiv-bombaatan qurğusu;
- "Jalo" 14, 5 mm MTPU pulemyotu;
- 7 KMD-100 mina.
Bəllidir ki, bu gəmi 1974-cü ilin dekabrında SSRİ-nin Qara dəniz Donanmasının bir hissəsi olub. O zaman "Navodçik" ("Topçu") adlanıb. Hərbçilər bir neçə dəfə gəminin adını dəyişib.
O cümlədən 1982-ci ildən "Kurskiy komsomolets" adlanıb, Sovet İttifaqı dağılandan sonra isə əvvəlki adına dönüb. Lakin 1999-cu ildə sovet minaatan gəmisinə yeni "Kovrovets" adı düşünülüb.
Rusiyalıların özləri "Kovrovets" gəmisini dəniz minaatan gəmiləri divizionu və Qırmızı Bayraqlı briqada gəmiləri arasında ən yaxşılarından biri adlandırıb.
Xatırladaq ki, bu ilin aprel ayında Sevastopolun "Saxarnaya buxta"sında USQ "Kommuna" nadir gəmisini batırıb.
Bu, Rusiya Hərbi-Dəniz Donanmasının Qara dəniz Donanmasının tərkibində sualtı qayıqların çoxdankı, bir növ yeganə xilasedici gəmisidir. 1915-ci ildə istismara verilib.