Ukrayna Rusiyanın mövqelərinə ağır zərbə endirdi

Ukrayna ordusu ötən gün ərzində Rusiya texnikalarının cəmləşdiyi bir neçə əraziyə və sursat anbarlarına zərbələr endirib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 7 əraziyə hücum edib. Həmçinin, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah və hərbi texnikanın cəmləşdiyi 4 ərazini və rus ordusunun 2 sursat anbarını vurub.

Share on Facebook