Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləməkdə davam edir.
Sozcu.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının nümayəndəsi Andrey Kovalyovun bəyanatına istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Andreyevka rayonunda yerləşən mövqelərindən geri çəkilməyə məcbur olub.
Onun sözlərinə görə, Ukrayna qoşunları Baxmut şəhərinin şimal və cənub istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) da bu məlumatı təsdiq edib. Ukrayna SQ son bir həftə ərzində bu istiqamətdə 4 kvadrat kilometr ərazini azad edib.
Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün ərzində 35-dən çox toqquşma baş verib, Ukrayna qoşunları düşmənin 9 artilleriya vasitəsini vurub.