Ukrayna ordusu bu vilayətdə Rusiya qoşunlarının müqavimətini qıraraq irəlilədi...

Ukrayna döyüşçüləri Zaporojye vilayətinin qərbində hücum əməliyyatlarını davam etdirərək irəliləyiblər.

Sozcu.az “UNİAN”a istinadal xəbər verir ki, bu haqda  ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (“ISW”) hesabatında bildirilir. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi rəsmi məlumata görə, Ukrayna qoşunları Melitopol istiqamətində hücum əməliyyatlarını davam etdirib. Hərbi icmalçı Konstantin Maşovets isə bildirib ki, son bir neçə gündə Ukrayna qoşunları Rabotinodan qərbdə Kopani istiqamətində (Rabotinodan 5 km şimal-qərbdə) qeyri-müəyyən uğura imza atıblar.

Rusiyalı hərbi bloqçular iddia edirlər ki, Ukrayna qüvvələri ağır texnika və zirehli texnikanın dəstəyi ilə Rabotinonun qərbində və Novoprokopovka yaxınlığında (Rabotinonun cənubu) uğursuz hücuma keçiblər. Belə bloqçulardan biri iddia edir ki, Rusiya qüvvələri Verbovoye yaxınlığında (Rabotinodan 9 km şərqdə) Ukraynanın zirehli hücumunu dəf edib.

İşğalçılar da noyabrın 28-də Zaporojye vilayətinin qərbində quru hücumlarını davam etdiriblər, lakin heç bir təsdiqlənmiş irəliləyiş əldə etməyiblər.

Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının Rabotino və Novoprokopovka yaxınlığında uğursuz hücuma keçdiyini bildirib.

Rusiyalı hərbi bloger hava şəraitinin pisləşməsi səbəbindən hər iki tərəfin hava kəşfiyyatında çətinlik çəkdiyini iddia edib.

Share on Facebook