Ukrayna müharibəsi ilə bağlı dəhşət - 587 uşaq, minlərlə qadın...

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Rusiyanın hücuma başlamasının ikinci ildönümü münasibətilə Ukraynadakı vəziyyətlə bağlı hesabat dərc edib.

Sozcu.az xəbər verir ki, hesabat qurumun saytında yerləşdirilib.

Təşkilatın məlumatına görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada azı 10 582 mülki şəxs həlak olub, daha 19 875 nəfər yaralanıb.

BMT-nin məlumatına görə, müharibə başlayandan indiyədək 5017 kişi, 3093 qadın ölüb, daha 1885 qurbanın cinsiyyəti müəyyən olunmayıb. Onlardan ən azı 587 nəfəri uşaqdır. 

Müharibə zamanı 6524 qadın, 4546 kişi və cinsiyyəti hələ müəyyən edilməmiş 7507 nəfər yaralanıb.

Mülki itkilərin böyük əksəriyyəti (91%) partlayıcı silahların istifadəsi ilə bağlıdır. İtkilərin 3,7%-i mina partlayışları ilə əlaqədar olub.

Hesabatda qeyd olunur ki, ən çox ölüm və yaralananlar müharibənin ilk bir neçə ayında müşahidə olunub, sonra isə onların sayı azalmağa başlayıb. 2023-cü ildə orta hesabla ayda 163 dinc sakin həlak olub, 547 nəfər yaralanıb.

Share on Facebook