ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen Ukraynanın Rusiyanın Kursk bölgəsində həyata keçirdiyi əməliyyatla bağlı mühüm açıqlama verib.
Sozcu.az-ın məlumatına görə, bu barədə Merilend ştatında keçirilən Milli Təhlükəsizlik və Kəşfiyyat Sammitində çıxış edib.
Onun sözlərinə görə, Ukrayna ordusu ələ keçirdiyi Rusiya ərazisini müəyyən müddət əlində saxlamaq niyyətindədir.
"Ukrayna qoşunları Kursk vilayətində müdafiə strukturları tikir. Kiyev bu ərazini ilhaq etməyi planlaşdırmır, lakin Rusiya üçün onu geri qaytarmaq asan olmayacaq", - Koen deyib.
O əlavə edib ki, Kursk əməliyyatınım əhəmiyyəti gələcəkdə aydın olacaq.
Koen qeyd edib ki, Vladimir Putin cəmiyyətdə bu hadisələrin rezonansı ilə məşğul olmalıdır Koen Rusiyanın Pokrovsk üzərində davam edən hücumunun strateji mənada oyundəyişdirən olmadığını vurğulayıb.