Ukrayna Kurskda daha 30-40 km irəliləyə bilər

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın cənub-qərb istiqamətində Kursk əməliyyatının sərhədlərini genişləndirmək potensialı var.

Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib.

“Uğurlu Kursk əməliyyatı ilə Ukrayna nümayiş etdirdi ki, müharibənin gedişatını dəyişməyə qadirdir", - o deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əməliyyatı Qluşkovski rayonuna qədər genişləndirə bilər:

"Orada düşməni sıxışdırmaq və ya daha yaxşısı, Rusiyada əsirlikdə olan hərbçilərimizin daha çox hissəsini dəyişdirmək üçün bütün perspektivlər var. Bundan əlavə, bu, Ukrayna qoşunlarının nəzarətində olan zonanı qərbə doğru 30-40 km genişləndirməyə imkan verəcək".

Share on Facebook