Ukrayna kəşfiyyatı: Rus aerodromlarına hücumlar...

Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya edilən gizli qruplar iki aerodromda rus bombardmançı təyyarələrinə PUA-larla zərbələr endiriblər.

Sozcu.az xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsindəki mənbə NV-yə danışıb.

Mənbənin sözlərinə görə, son bir neçə gündə diversiya qrupları aralarında strateji bombardmançılar da olmaqla 5 rus təyyarəsini sıradan çıxarıblar.

Belə ki, avqustun 19-da Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən agentlər Novqorod vilayətindəki “Soltsı” hərbi aerodromuna hücum ediblər. Rusiyanın 1 ədəd Tu-22M3 bombardmançısı və daha iki təyyarəsi məhv edilib.

Mənbə bildirib ki, avqustun 21-də də Kaluqa vilayətindəki Şaykovka aerodromuna edilən hücum zamanı daha iki rus bombardmançısı ciddi zədələnib.

Qeyd edək ki, Novqorod vilayətinə hücum zamanı Tu-22M3 borbardmançıların birinin məhv edildiyi, digərinin ciddi zədələndiyi haqda ötən gün məlumat yayılmışdı.

Share on Facebook