Ukrayna kaset bombalarına dair ilk hesabatı təqdim etdi

Ukrayna Pentaqona kaset sursatlarının döyüş əməliyyatlarında istifadəsi ilə bağlı ilk hesabatını göndərib.

Sozcu.az xəbər verir ki, bunu adı açıqlanmayan ukraynalı rəsmi bildirib.

Onun sözlərinə görə, hesabatda atılan mərmilərin, eləcə də onların məhv etdiyi hədəflərin sayı barədə məlumatlar var.

Qurum rəsmisi dəqiq rəqəm açıqlamayıb.

Ağ Ev iyulun əvvəlində Kiyevə kaset sursatlarının tədarükü barədə qərar qəbul edib. ABŞ prezidenti Co Bayden qeyd edib ki, bu, Ukrayna Silahlı Qüvvələrini adi döyüş sursatları ilə təmin etmək mümkün olana qədər müvəqqəti həll yoludur.

İyulun 20-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Ukrayna tərəfinin döyüş əməliyyatlarında kasetli sursatlardan istifadə etdiyini açıqlayıb. Kiyev Vaşinqtonu əmin edib ki, kaset sursatları yalnız yaş.ayış məskənlərindən kənarda istifadə olunacaq.

Share on Facebook