Ukrayna ordusu Kursk vilayətinə hücum zamanı Qərbdən alınan F-16 qırıcılarından istifadə etmir.
Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.
“Ukrayna tərəfi bu istiqamətdə döyüşlərdə ilk dəfə aviasiyadan istifadə edib, lakin döyüşlərə F-16-lar yox, Su-27-lər qatılıb”, - məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, Ukrayna hərbi komandanlığı F-16-dan Rusiya hərbi obyektlərinə riskli hücumlar üçün deyil, hava hücumundan müdafiə patrulları üçün istifadə etməyi planlaşdırır.