Ukrayna daha 8 uşağı Rusiya işğalındakı bölgədən geri alıb

Ukraynanın Xerson vilayətinin Rusiya işğalındakı hissəsindən 8 uşaq rəsmi Kiyevin nəzarət etdiyi ərazisinə qaytarılıb.

Sozcu.az xəbər verir ki, Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bu gün Rusiyanın işğalı altında olan bölgənin sol sahil hissəsindən 6-17 yaş arası 8 uşağın Ukraynanın nəzarətində olan bölgə ərazisinə qaytarıldığını açıqlayıb.

Prokudinin sözlərinə görə, uşaqlar valideynlərinin yanında təhlükəsizlikdədirlər. O, uşaqların geri qaytarılmasında göstərdiyi köməyə görə “Ukraynanı xilas et” xeyriyyə təşkilatına təşəkkür edib.

Səlahiyyətlilərin məlumatına görə, bu ilin əvvəlindən 162 uşaq Ukraynanın nəzarətində olan ərazilərə qaytarılıb.

Share on Facebook