Ukrayna bu neft zavodunu üçüncü dəfə vurdu

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində neft emalı zavodunda partlayışlar olub və güclü yanğın başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumatı Rostov vilayətinin qubernatoru Vasili Qolubev də təsdiqləyib və bildirib ki, “Novoşaxtinsk” neft emalı zavodu Ukrayna PUA-ları tərəfindən vurulub:

“PUA hücumu nəticəsində “Novoşaxtinsk” neft emalı zavodunda yanğın baş verib. Aidiyyəti qurumlar hadisə yerindədir. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”.

Qeyd edək ki, bu, Ukrayna PUA-larının “Novoşaxtinsk” neft emalı zavoduna üçüncü zərbəsidir.

Share on Facebook