Ukrayna bu ərazidə “boz zona"nı ələ keçirdi

Ukrayna ordusu Avdeyevka-Donetsk xəttində məhdud hücum əməliyyatlarını davam etdirərək irəliləyiş əldə edib.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna qüvvələri Donetskin qərbində, Nevelskoye yaxınlığında “boz zona”nı ələ keçirib:

“Ruslar Avdeyevka-Donetsk xəttində hücum əməliyyatlarını davam etdirsələr də, uğursuz alınıb. Bununla yanaşı, rus qoşunu Kupyansk-Svatovo-Kremennoy xəttinə qurudan zərbələr endirib, bir qədər irəliləyib. Geolokasiya görüntülərindən görünür ki, ruslar Kremennoydan 22 km şimal-qərbdə Makeyevkadan bir qədər şərqə doğru irəliləyiblər”.

Share on Facebook