Ukrayna briqadası rusların müdafiə xəttini yardı

Ukrayna Silahlı Qüvvələrinin 28-ci mexanikləşdirilmiş briqadası Baxmut yaxınlığında rusların aylarla hazırladıqları müdafiə xəttini yararaq, rus batalyonu darmadağın edib.

Sozcu.az xəbər verir ki, bu barədə sözügedən briqadanın Feysbuk hesabında məlumat yayılıb.

“Bu mühüm uğurdur, çünki əsgərlərimiz düşmənin aylarla hazırladığı müdafiəni yarıb”, - məlumatda qeyd olunub.

Share on Facebook