Hava hücumundan müdafiə qüvvələri iyunun 20-nə keçən gecə Ukrayna ərazisinə hücum edən 30 “Şahid” PUA-sından 28-ni məhv edib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri Zaporojye və onun ətrafında 7 ədəd S-300 raketi atıb:
“Raket zərbəsinin nəticələri barədə məlumatlar dəqiqləşdirilir”.