Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vura biləcək

Amerika hava hücumundan müdafiə sistemlərindən Rusiya ərazisi üzərindəki hədəfləri məhv etmək üçün istifadə etməyə icazə verilib. 

Sozcu.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Anonimlik şərti ilə danışan Ağ Ev rəsmisinə istinadən bildirilir ki, bu, həmin hədəflərin Ukraynanı təhdid edəcəyi təqdirdə baş verəcək: “Ukraynanın özünə təhlükə görəcəyi təqdirdə Rusiya ərazisi üzərində Rusiya raketlərini və ya qırıcı təyyarələrini vurmasına heç bir məhdudiyyət yoxdur”.

Share on Facebook