Türkiyənin BMT-dəki daimi nümayəndəsi ABŞ-də səfir təyin olunub

Türkiyənin BMT yanında daimi nümayəndəsi Sedat Önal Türkiyənin ABŞ-dəki səfiri təyin olunub.

Sozcu.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sənədə görə, daimi nümayəndə vəzifəsindən azad olunmuş Sedat Önalın yerinə xarici işlər nazirinin müavini Ahmet Yıldız təyin olunub.

Qeyd edək ki, Sedat Önal daha öncə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2007-2009-cu illərdə Vyanada baş konsul vəzifəsində çalışıb, 2009-cu ildə Xarici İşlər Nazirliyində Yaxın Şərq üzrə baş direktor müavini olub, 2012-2016-cı illərdə İordaniyada səfir vəzifəsində işləyib, 2016-cı ildə Yaxın Şərq və Afrika məsələləri üzrə müşaviri müavini vəzifəsinə təyin edilib. Suriya ilə bağlı Astana prosesində Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. O, 2018-ci ildə xarici işlər nazirinin müavini, 2023-cü ilin fevralında isə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

Share on Facebook