Türkiyədən Qarabağ açıqlaması: Status qəbuledilməzdir!

Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirlib.

Qeyd olunub ki, 19-20 sentyabrda keçirilən antiterror tədbirləri Azərbaycanın öz əməliyyatıdır:

“Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı ünsürlərinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.

Həmçinin bildirilib ki, Türkiyə Silahlı Qüvvələri 19-20 sentyabr antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.

Share on Facebook