Türkiyədən hava əməliyyatı: 6 hədəf məhv edildi

Türkiyə ordusu Suriyanın şimalında terror təşkilatına aid hədəflərə qarşı hava əməliyyatları keçirib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həyata keçirilən hava əməliyyatı ilə terror təşkilatının istifadə etdiyi neft obyektləri, bunkerlər və sığınacaqlar da daxil olmaqla, 6 hədəf məhv edilib.

Share on Facebook