Türkiyədə təyyarə məcburi eniş etdi - Yaralılar var

Türkiyənin İsparta vilayətində təlim təyyarəsi məcburi eniş edib.

Sozcu.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, özəl uçuş məktəbinə məxsus təyyarənin mühərriklərindən birində nasazlıq yaranıb. Hadisə zamanı 2 nəfər - pilot və tələbə xəsarət alıb, təyyarə zədələnib.

Share on Facebook