Türkiyədə qırıcının bir parçası qoparaq dayanacağa düşüb

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcısının bir hissəsi qoparaq Ankara şəhərinin küçələrindən birindəki dayanacağa düşüb. 

Hələlik təyyarədə hansı nasazlığın baş verdiyi qeyd edilmir.

İnsident nəticəsində dayanacaqda olan bir neçə maşına ciddi zərər deyib. 

Təyyarə uğurlu şəkildə Eskişehirdə eniş edib.

Ölən və ya xəsarət alan yoxdur.

Share on Facebook