Türkiyədə həbsdə olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud sərbəst buraxılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat paylaşıb.
Qeyd edək ki, ötən il noyabrın 30-da İstanbul şəhərində Məhəmməd Həsən Şeyx Mahmudun idarə etdiyi avtomobil motosikletlə toqquşub. Motosiklet sürən 38 yaşlı kuryer Yunus Göçər yolun kənarında dayanmaq üçün tunelin çıxışında sürəti azaltmağa başlayıb. Sükanda Məhəmməd Həsən Mahmudun olduğu avtomobil isə eyni istiqamətdə hərəkət edərək motosikletə çırpılıb. Ciddi zədə alan Göçər həlak olub.
Bundan sonra prezidentin oğlunun həbsi tələb edilmişdi.