Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda sərnişin avtobusu yoldan çıxaraq aşıb.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə yerinə jandarma qüvvələri və təcili tibbi yardımı briqadaları cəlb olunub.
Qeyd edək ki, hazırda 50 metr dərəyə yuvarlanan avtobusdan sərnişinlərin çıxarılması davam edir.
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.