Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Austin arasında telefon danışığı olub.
Nzirlər ikitərəfli və çoxtərəfli müdafiə məsələlərini müzakirə ediblər.
Y.Gülər və L.Austin Türkiyə, İsveç və NATO rəhbərləri arasında dünən, iyulun 10-da Vilnüsdə baş tutan üçtərəfli görüş haqqında fikir mübadiləsi aparıb, əldə olunan nəticələri müsbət qiymətləndiriblər.
L.Austin ABŞ-ın Türkiyənin hərbi modernizasiyasına dəstəyini ifadə edib.